Çağırış kuboku yarışı: "Murov" ilk oyunda Avstriya klubuna qalib gəlib
Bakı, 9 noyabr, AZƏRTAC
Kişi voleybolçulardan ibarət “Murov” komandası Çağırış kuboku yarışında növbəti oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, “Murov” 1/16 final mərhələsində Avstriyanın “Qrats” klubu ilə üz-üzə gəlib. Görüş komandamızın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılıqlı razılığa əsasən, hər iki oyun Bakı Voleybol Mərkəzində təşkil olunacaq. İlk görüşdə meydan sahibi Avstriya təmsilçisi olub. Noyabrın 9-da baş tutacaq cavab qarşılaşmasında “Murov” rəqibini qəbul edəcək.
“Murov” 1/32 final mərhələsində Xorvatiyanın “Kitro Varazdin” klubu ilə iki dəfə Bakıda qarşılaşıb. Azərbaycan çempionu bu oyunlarda 3:0 və 3:1 hesabı ilə qalib gəlib.
Azərbaycan Basketbol Liqasında 17-ci tura start verilib
Azərbaycan–Səudiyyə Ərəbistanı matçı heç-heçə ilə yekunlaşıb
Qılıncoynadanlarımız dünya kubokunun mərhələ yarışına Qazaxıstanda hazırlaşırlar
Azərbaycanlı mütəxəssis Çempionlar Liqasının oyununa təyinat alıb
Cüdoçularımız Parisdə beynəlxalq təlim-məşq toplanışında iştirak edirlər