Azərbaycanın üç paracüdoçusu Bakıda keçirilən dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq
Bakı, 8 noyabr, AZƏRTAC
Azərbaycanın üç paracüdoçusu Bakıda keçirilən dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq.
AZƏRTAC xəbər verir ki, turnirdə 73 kiloqram çəki dərəcəsində çıxış edən Hüseyn Rəhimli portuqaliyalı Ruben Qonsales və Yuciro Satoya (Yaponiya) qalib gəlsə də, dörddəbir finalda Qazaxıstan təmsilçisi Oljas Orazayulla məğlub olub. Təmsilçimiz təsəlliverici görüşlərdə almaniyalı Nikolay Kornalls və Georgi Kaldavadan (Gürcüstan) üstün olub. Bürünc medal uğrunda görüşdə H.Rəhimli komanda yoldaşı Namiq Abbaslı ilə qarşılaşacaq.
N.Abbaslı ispaniyalı Serxio Banon və Osvaldas Bareykisi (Litva) məğlub etsə də, yarımfinalda Ukrayna idmançısı Rufat Maqomedova uduzub.
Paracüdoçumuz Şahanə Hacıyeva (48 kq) ilk görüşdə türk Cahide Eke uduzub. Təsəlliverici görüşlərdə təmsilçimiz misirli Hent Muhammad və isveçrəli Karmen Bryussiqə qalib gəlib və üçüncü yer uğrunda görüşə çıxmaq hüququ qazanıb.
Heydər Əliyev adına İdman-Konsert Kompleksində noyabrın 10-dək davam edəcək çempionatda 41 ölkədən 250-dək paracüdoçu tatami üzərinə çıxacaq.
Azərbaycan Kubokunda 1/8 finalın növbəti iştirakçısı müəyyənləşib
Futbol üzrə U-17 dünya çempionatında finalçılar bəlli olub
Fudokançılar Azərbaycan çempionatında güclərini sınayacaqlar
AFFA rəsmiləri danışılmış oyunlarla mübarizəyə həsr olunan beynəlxalq tədbirdə iştirak edirlər
Azərbaycan Kuboku: “Səbail” darmadağınla 1/8 finala yüksəlib