×
A
A
A
Sazlamalar

Şəmkirdə avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü cərimələnib

Bakı, 7 noyabr, AZƏRTAC

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən oktyabrın 29-da saat 8 radələrində Şəmkir rayonunun Çinarlı qəsəbəsi ərazisində “VAZ-2121” markalı avtomobil yoxlama-nəzarət qaydasında saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları tərəfindən sürücü, Gəncə şəhər sakini Fərid Cəfərovun narkotik vasitənin təsiri altında olması müəyyənləşdirildiyindən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə protokol tərtib edilərək Şəmkir Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə F.Cəfərov 700 manat məbləğində cərimələnməklə iki il müddətinə sürücülük hüququndan məhrum edilib.



Hadisə 2022-11-07 13:02:00