×
A
A
A
Sazlamalar

Sabirabad rayonunda avtomobil su kanalına aşıb

Bakı, 7 noyabr, AZƏRTAC

Noyabrın 6-da saat 8 radələrində Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində Beyləqan rayon sakini Elman Vəlizadə idarə etdiyi “Mercedes” markalı avtomobili su kanalına aşırıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəza nəticəsində avtomobilin sürücüsü və sərnişini, Ağcabədi rayon sakini Məhbubə Nəsirova suda boğularaq ölüblər.
Hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

Hadisə 2022-11-07 11:50:00