×
A
A
A
Sazlamalar

“Böyük dəbilqə”: Cüdo üzrə Azərbaycan yığması bütün komandaları qabaqlayaraq birinci yerdə qərarlaşıb

Bakı, 5 noyabr, AZƏRTAC

Azərbaycan cüdoçuları “Böyük dəbilqə” turnirində uğurlu çıxışını davam etdirir.
AZƏRTAC xəbər verir ki, komandamız iki günün nəticəsinə görə, 3 qızıl, 2 bürünc medal qazanıb. 61 ölkədən 350-dən çox cüdoçunun mübarizə apardığı mötəbər yarışda Azərbaycan bu nəticə ilə bütün ölkələri qabaqlayaraq birinci yerdə qərarlaşıb. Aktivlərində 1 qızıl, 1 gümüş medal olan Niderland və Kanada komandaları, müvafiq olaraq ikinci və üçüncü yerləri tuturlar.
Qeyd edək ki, qızıl medalları yığmamızın aktivinə Balabəy Ağayev (60 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi (81 kq), bürünc medalları isə Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) yazdırıblar.
Yarışa noyabrın 6-da yekun vurulacaq.

İdman 2022-11-05 22:01:00