×
A
A
A
Sazlamalar

Dünya kuboku: Yunan-Roma güləşi üzrə Azərbaycan millisi finala vəsiqə qazanıb

Bakı, 5 noyabr, AZƏRTAC

Bakıda keçirilən dünya kubokunda Yunan-Roma güləşi üzrə Azərbaycan millisi finala vəsiqə qazanıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan - dünya yığması görüşü 5:5 hesabı ilə başa çatsa da, fərdi qarşılaşmalarda toplanan xallara görə milli komandamız qələbə qazanaraq B qrupunun qalibi oldu.
Yığma qızıl medal uğrunda İran kollektivi ilə üz-üzə gələcək. Serbiya seçməsi koronavirusa kütləvi yoluxma ucbatından yarışa qatılmadığı üçün texniki məğlubiyyət alıb.

İdman 2022-11-05 21:07:00