×
A
A
A
Sazlamalar

Təcridxanaya narkotik maddə keçirilməsinin qarşısı alınıb

Bakı, 5 noyabr, AZƏRTAC

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Zaur Azad oğlu Məmmədova tanışı Bakı şəhər sakini Tamara Abbasəli qızı İsmayılova tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman oradakı konfetin içərisində gizlədilmiş sellofan bükülüdə ümumi çəkisi 0,922 qram narkotik maddə - heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2022-11-05 20:54:00