×
A
A
A
Sazlamalar

Azərbaycan cüdoçusu “Böyük dəbilqə” turnirinin qızıl medalını qazanıb

Bakı, 5 noyabr, AZƏRTAC

Azərbaycanın cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən “Böyük dəbilqə” turnirinin qızıl medalını qazanıb.
AZƏRTAC xəbər verir ki, yetmiş üç kiloqram çəki dərəcəsində yarışan cüdoçumuz həlledici mərhələdə kanadalı Artur Margelidona qalib gələrək birinci yeri tutub.
“Böyük Dəbilqə” turnirinin ilk günündə Balabəy Ağayev (60 kq) qızıl, Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) bürünc medala sahib olublar.

İdman 2022-11-05 19:00:00