Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin təliminin növbəti mərhələsi icra edilib VİDEO
Bakı, 5 noyabr, AZƏRTAC
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Azərbaycan Respublikasının cənub sərhədlərinə yaxın ərazilərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin təliminin növbəti mərhələsi icra edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, real döyüş şəraitinə uyğunlaşdırılmış təlimin növbəti mərhələsində xüsusi təyinatlılar ərazinin qorunma xüsusiyyətləri və maskalanma vasitələrindən istifadə etməklə müxtəlif kəşfiyyat tapşırıqları yerinə yetiriblər.
Ssenariyə əsasən şərti düşmənin komanda-idarəetmə məntəqələri, rabitə mərkəzləri sıradan çıxarılıb, eləcə də yaşayış məntəqələrindəki infrastruktur obyektlərində gizlənən canlı qüvvə zərərsizləşdirilib.
Təlimdə, həmçinin döyüş meydanında qrupun qarşılaşa biləcəyi maneələr mobil qruplar şəklində dəf edilərək şərti hədəflərə qəfil atəş basqını icra edilib.
Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin təlimində qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.
Komandoların taktiki-xüsusi məşqləri davam etdirilir VİDEO
Azərbaycan Ordusunda yeni tədris dövrü başlayıb VİDEO
Vətən müharibəsi şəhidi Elvin Şükürlünün xatirəsi anılıb VİDEO
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
Hərbi yol polisinin şəxsi heyəti ilə təlim-metodiki toplantı keçirilib