×
A
A
A
Sazlamalar

Olimpiya Himninin klipi festivalda "İlin ən yaxşı klipi" nominasiyasında birinci yerə layiq görülüb

Bakı, 5 noyabr, AZƏRTAC

Milli Olimpiya Komitəsinin 30 illik yubileyi münasibətilə İdman Filmləri və Proqramları Festivalının mükafatlandırma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ölkənin idman ictimaiyyəti, tanınmış idmançılar və KİV nümayəndələri iştirak ediblər.
Elnur Kələntərovun layihə rəhbəri olduğu Olimpiya Himninin klipi festivalda "İlin ən yaxşı klipi" nominasiyasında birinci yerə layiq görülüb.
Klipin premyerası noyabrın 11-də Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunacaq dövlət tədbirində baş tutacaq.

İdman 2022-11-05 17:51:00