×
A
A
A
Sazlamalar

Zəfər Gününə həsr olunmuş həndbol üzrə zona yarışı keçiriləcək

Bakı, 5 noyabr, AZƏRTAC

Noyabrın 7-də Gəncə Olimpiya İdman Kompleksində həndbol üzrə 2006-cı il təvəllüdlü və ondan kiçik yaşlı yeniyetmə qızlar arasında Azərbaycan birinciliyinin zona yarışlarına start veriləcək.
Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 8 Noyabr - Zəfər gününə həsr olunan turnirdə Gəncə, Mingəçevir, Şirvan və Göygölü təmsil edən komandalar mübarizə aparacaqlar.
Noyabrın 9-dək davam edəcək yarışlar Gənclər və İdman Nazirliyinin və Azərbaycan Həndbol Federasiyasının təşkilatçılığı ilə keçiriləcək.
Qalib gələn komandalar gələn il Bakıda keçiriləcək Azərbaycan birinciliyinin final mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

İdman 2022-11-05 16:11:00