×
A
A
A
Sazlamalar

Mopedin içərisində pul, bank kartı və sənədi olan cüzdan oğurlanıb

Bakı, 5 noyabr, AZƏRTAC

Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsinə F.Əmirov küçəsində Bərdə rayon sakini A.Mahmudovun mopedindən içərisində 1378 manat məbləğində pul, bank kartı və sənədi olan cüzdanın oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Neftçala rayon sakini Səid Abdullayev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

Hadisə 2022-11-05 16:13:00