×
A
A
A
Sazlamalar

Sumqayıt sakinini aldadaraq hesabına iki min manat ödətdirən şəxs tutulub

Bakı, 5 noyabr, AZƏRTAC

Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinə bir nəfərin Sumqayıt şəhər sakini E.Mikayılovu aldadaraq hesabına 2 min manat ödətdirməsi barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini Ramil Qasımov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

 

 

Hadisə 2022-11-05 16:10:00