×
A
A
A
Sazlamalar

Ölkəmizdə qadın futbolunun inkişafı məqsədilə “Playmakers” layihəsi keçirilib

Bakı, 5 noyabr, AZƏRTAC

UEFA və AFFA-nın birgə əməkdaşlığı çərçivəsində ölkəmizdə qadın futbolunun inkişafı məqsədilə 5-8 yaşlı qızlar üçün 189-190 nömrəli orta məktəbdə “Playmakers” layihəsi keçirilib.
AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, layihənin əsas məqsədi "Disney" cizgi filmləri hekayələri üzərindən qızların sağlam həyat tərzinə cəlb edilməsi və eləcə də sosial bacarıqların, fundamental fiziki hərəkətlərin və futbolun əsaslarının öyrədilməsidir.

İdman 2022-11-05 13:48:00