×
A
A
A
Sazlamalar

Bakıda mentorlar və gənc hakimlər üçün seminar təşkil olunub

Bakı, 5 noyabr, AZƏRTAC

AFFA-nın inzibati binasında mentorlar üçün seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, UEFA mentoru, inspektoru və mütəxəssisi Jorn Vest Larsen “Talant paneli” çərçivəsində mütəxəssislərə seminar keçib, onların bilik və bacarıqlarını inkişaf etdirmək istiqamətində məlumatlandırıb.
İki gün davam edən seminarda mentorluğun inspektorluqdan fərqi izah edilib, hakimlərin inkişafı üçün onlara necə yanaşmalı olduqları vurğulanıb.
Türk mütəxəssis Burçin Kəskinin iştirakı ilə isə Azərbaycan Premyer Liqasına, Birinci Diviziona təyinat alan və inkişaf qrupunun hakimlərinə seminar keçirilib. Hər iki seminara AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək rəhbərlik edib.

 

 

İdman 2022-11-05 13:05:00