×
A
A
A
Sazlamalar

Gömrükçülər narkotik vasitə - heroin aşkarlayıblar

Bakı, 4 noyabr, AZƏRTAC

Gömrükçülər narkotik vasitə - heroin aşkarlayıblar.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Rusiya istiqamətindən “Samur” gömrük postunun ixrac gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “DAF” markalı yük nəqliyyat vasitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında saxlanılıb. Yoxlama zamanı nəqliyyat vasitəsinin alt hissəsindəki kabinəsində, ön panelin alt hissəsindəki boşluqda gömrük orqanlarına bəyan edilməyən, sellofana bükülü şəkildə, qəhvəyi rəngli, ümumi çəkisi 8,65 qram olan narkotik vasitə - heroin aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2022-11-04 16:35:00