×
A
A
A
Sazlamalar

“Beynəlxalq yük daşınması müqaviləsi (BYDM) haqqında” Konvensiyaya elektron əmtəə-nəqliyyat qaiməsi ilə bağlı” Əlavə Protokola qoşulmaq barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikası 2008-ci il fevralın 20-də Cenevrə şəhərində imzalanmış “Beynəlxalq yük daşınması müqaviləsi (BYDM) haqqında” Konvensiyaya elektron əmtəə-nəqliyyat qaiməsi ilə bağlı” Əlavə Protokola Azərbaycan Respublikasının ona dair qeyd-şərti ilə qoşulsun.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 21 oktyabr 2022-ci il

Qanunlar 2022-11-04 14:26:00