“Azərbaycan Dəmir Yolları” QSC bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Bakı, 4 noyabr, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları” QSC-nin bütün strukturları 8 Noyabr - Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.
QSC-dən AZƏRTAC-a bildirilib ki, bununla bağlı Bakı-Gəncə-Bakı istiqamətində artan sərnişin tələbatını nəzərə alaraq, xətt üzrə iki əlavə reys təyin edilib. Əlavə olunan bir reys noyabrın 6-da saat 08:15-də Bakıdan yola düşəcək və Gəncəyə saat 11:55-də çatacaq. İkinci əlavə reys noyabrın 9-da saat 17:30-da Gəncədən yola düşəcək və saat 21:05-də Bakıya çatacaq.
Qeyd edək ki, Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının cari qrafikində heç bir dəyişiklik edilmir. Yəni, hər gün saat 08:45-də Bakıdan yola düşən qatar saat 12:25-də Gəncəyə, Gəncədən isə saat 18:00-da yola düşən qatar saat 21:35-də Bakıya çatır.
Xatırladaq ki, Bakı-Sumqayıt-Bakı elektrik qatarları isə bayram günlərində istirahət günlərindəki qrafikə uyğun hərəkətdə olacaq.
Paytaxtın müxtəlif ərazilərində avtobusların hərəkət intervalında gecikmələr var
Paytaxtın müxtəlif ərazilərində avtobusların hərəkət intervalında gecikmələr var
ADY bayram günlərində bölgələrə daşınan sərnişinlərin sayını açıqlayıb
Pirallahı rayonu istiqamətində bəzi marşrutların hərəkət sxemi dəyişəcək