×
A
A
A
Sazlamalar

Bank hesabından və avtomobildən pul oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar

Bakı, 4 noyabr, AZƏRTAC

Oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Y.Abıyevi aldadıb hesabına 175 manat pul ödətdirməklə dələduzluq etməkdə və Binəqədi qəsəbə sakini olan qadının bank hesabından 150 manat pulunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Camaləddin Cəfərov müəyyən olunaraq saxlanılıb.
Nərimanov rayonu ərazisində isə “Hyundai” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə 2700 manat pul oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum edilmiş Tural Mehdiyev rayon polis idarəsinin 18-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyənləşdirilərək yaxalanıb.
Faktlarla bağlı araşdırma aparılır.

 

Hadisə 2022-11-04 12:27:00