Hissə və birləşmələrin Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yoxlanılması davam edir VİDEO
Bakı, 4 noyabr, AZƏRTAC
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti tank və komando hərbi hissələrində keçirilən təlimləri izləyib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, komanda idarəetmə məntəqələrinə baş çəkən müdafiə naziri “Tank ovçuluğu” təlimini və komandoların hazırlıq məşğələsini izlədikdən sonra komandir heyətinin məruzələrini dinləyib.
Məruzə olunub ki, təlim prosesində şərti düşmənin zirehli texnikasının pusquya və xəndəklərə salınmaqla yaxın məsafədən sıradan çıxarılması, eləcə də komandoların yaşayış məntəqələrində döyüş tapşırıqlarının icrası məşq etdirilir.
Təlimin planına uyğun olaraq tank bölmələri tərəfindən zirehli texnikanın atəşlə irəliləmə üsulları da yerinə yetirilir.
Komandoların və tank bölmələrinin fəaliyyətini yüksək qiymətləndirən general-polkovnik Z.Həsənov Vətən müharibəsində qazanılan təcrübədən istifadə olunmaqla döyüş hazırlığının intensivliyinin və effektivliyinin daha da artırılması barədə aidiyyəti üzrə əlavə tapşırıqlar verib.
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO
Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər VİDEO
Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib VİDEO
Azərbaycan ilə Türkiyə arasında hərbi informasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparılıb