Ordumuzun mövqeləri atəşə tutulub
Bakı, 4 noyabr, AZƏRTAC
Noyabrın 3-dən 4-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri 5 saat müddətində Basarkeçər rayonunun Əzizli və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə və Mollabayramlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.
AZƏRTAC Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, ordumuzun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Vətən müharibəsi şəhidi Elvin Şükürlünün xatirəsi anılıb VİDEO
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
Hərbi yol polisinin şəxsi heyəti ilə təlim-metodiki toplantı keçirilib
NATO Müdafiə Kollecinin kursunu bitirən azərbaycanlı ilk qadın hərbi qulluqçumuz VİDEO
Mühəndis bölmələri ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilir VİDEO