Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub
Bakı, 3 noyabr, AZƏRTAC
Noyabrın 3-ü saat 20:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Bəzirxana yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
AZƏRTAC Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Komandoların taktiki-xüsusi məşqləri davam etdirilir VİDEO
Azərbaycan Ordusunda yeni tədris dövrü başlayıb VİDEO
Vətən müharibəsi şəhidi Elvin Şükürlünün xatirəsi anılıb VİDEO
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
Hərbi yol polisinin şəxsi heyəti ilə təlim-metodiki toplantı keçirilib