×
A
A
A
Sazlamalar

Azərbaycan XİN Vaşinqtonda üçtərəfli görüşün keçiriləcəyini təsdiqləyib

Bakı, 3 noyabr, AZƏRTAC

Yaxın günlərdə Vaşinqton şəhərində Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında görüşün keçirilməsi planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan tərəfinin bu kimi görüşlərin keçirilməsi ilə əlaqədar açıqlamanın verilməsinə dair yanaşması ondan ibarətdir ki, bu barədə ilk elan bir qayda olaraq görüşə ev sahibliyi edən ölkə tərəfindən verilməlidir.
Qeyd edək ki, bu gün Ermənistan xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı yaxın günlərdə Vaşinqtonda Azərbaycanın xarici işlər naziri və ABŞ-ın dövlət katibi ilə üçtərəfli görüşün keçiriləcəyini bildirmişdi.

Xarici siyasət 2022-11-03 18:24:00