×
A
A
A
Sazlamalar

Ümumi gücü 320 meqavatdan artıq 50-dən çox KSES-in bərpası üçün araşdırmalar aparılır

Bakı, 3 noyabr, AZƏRTAC

Kiçik Su Elektrik Stansiyalarının (KSES) bərpası, Laçın və Kəlbəcərdə Külək Elektrik Stansiyasının inşasına da xarici investisiyanın cəlbi başlıca prioritetlərdəndir. Ümumi gücü 320 meqavatdan artıq 50-dən çox KSES-in bərpa və inşası üçün araşdırmalar aparılır.
AZƏRTAC xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov noyabrın 3-də Bakıda “Prezident İlham Əliyevin rəhbərliyi ilə postkonflikt quruculuğu modeli” mövzusunda keçirilən tədbirdə çıxışında söyləyib.
Pərviz Şahbazov qeyd edib ki, hazırda ümumi gücü 33,4 meqavat olan 7 KSES-in bərpa-tikintisi həyata keçirilir.

 

Energetika 2022-11-03 16:09:00