Pərviz Şahbazov: “Masdar” şirkəti ilə reallaşdıracağımız layihələrin bir qismi işğaldan azad edilmiş ərazilərdədir
Bakı, 3 noyabr, AZƏRTAC
Xarici investor “Masdar” şirkəti ilə quruda və dənizdə ilkin mərhələdə 4 heqavat gücündə, növbəti mərhələdə isə 6 heqavat gücündə həyata keçiriləcək günəş və külək enerjisi layihələrinin bir qismi məhz işğaldan azad edilmiş əraziləri əhatə edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov noyabrın 3-də Bakıda “Prezident İlham Əliyevin rəhbərliyi ilə postkonflikt quruculuğu modeli” mövzusunda keçirilən tədbirdə çıxışında söyləyib.
“Bərpaolunan enerji növlərinin azad edilmiş ərazilərdə də xarici investisiya hesabına inkişafı reallıqdır. Bu, bir daha Azərbaycan Prezidentinin təhlükəsiz və aydın gələcəklə bağlı məram və praktiki addımlarına yüksək inamdan, onun rəhbərliyi ilə ölkəmizin sınaqdan çıxmış etibarlı enerji tərəfdaşı olmasına investorların əminliyindən xəbər verir”, - deyə nazir bildirib.
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir