Hərbi qulluqçularımız NATO-nun “Döyüşə hazırlıq” proqramını müvəffəqiyyətlə tamamlayıb
Bakı, 3 noyabr, AZƏRTAC
Belçika Krallığının Mons şəhərində NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində illik konfrans keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, NATO-nun müxtəlif qərargahlarından olan nümayəndələrin, eləcə də Azərbaycan Ordusunun hərbi qulluqçularının iştirakı ilə keçirilən konfransda ölkəmizin ƏİK proqramından geniş istifadə etdiyi və tərəfdaş dövlətlər arasında qabaqcıl təcrübəyə malik olduğu xüsusi vurğulanıb.
Qeyd edilib ki, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş “Dənizdə Qadağa Əməliyyatları üzrə Göyərtə Axtarış Qrupu” NATO-nun ƏİK proqramı çərçivəsində Türkiyədə keçirilən “Dənizdə Qadağa Əməliyyatları” üzrə “2-ci səviyyəli özünüqiymətləndirməsi təlimi”ndə (NEL-2) müvəffəqiyyətlə iştirak edərək “Döyüşə hazır” bölmə kimi qiymətləndirilib.
Uğurlu iştirakına görə hərbi qulluqçularımıza Alyansın səlahiyyətli nümayəndəsi tərəfindən “Döyüşə hazır” sertifikatı təqdim edilib.
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
Hərbi yol polisinin şəxsi heyəti ilə təlim-metodiki toplantı keçirilib
NATO Müdafiə Kollecinin kursunu bitirən azərbaycanlı ilk qadın hərbi qulluqçumuz VİDEO
Mühəndis bölmələri ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilir VİDEO
Azərbaycan Ordusunda Böyük britaniyalı mütəxəssislərin iştirakı ilə təlim kursu keçirilir