Dörd il ərzində ümumi gücü 780 meqavat olan elektrik stansiyalarının inşası nəzərdə tutulur
Bakı, 3 noyabr, AZƏRTAC
Dörd il ərzində ümumi gücü 780 meqavat olan külək, günəş və iri su elektrik stansiyalarının inşası nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov noyabrın 3-də Bakıda “Prezident İlham Əliyevin rəhbərliyi ilə postkonflikt quruculuğu modeli” mövzusunda keçirilən tədbirdə çıxışında söyləyib.
Nazir işğaldan azad edilmiş ərazilərdə 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə çoxistiqamətli tədbirlərlə ölkəmizdə bərpaolunan enerjinin inkişafının geniş vüsət aldığını deyib. Onun sözlərinə görə, bu ərazilərin bərpaolunan enerji mənbələri üzrə potensialı 10 min meqavata yaxındır. Hazırda isə BP şirkəti ilə Cəbrayılda illik, təxminən, 500 milyon kilovat-saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılan 240 meqavat gücündə “Şəfəq” günəş elektrik stansiyası layihəsi üzrə işlər aparılır.
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir