×
A
A
A
Sazlamalar

Masallı rayonunda avtomobil saxlanılıb

Bakı, 3 noyabr, AZƏRTAC

Oktyabrın 31-də saat 13 radələrində Masallı rayonu ərazisində “Ravon” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları tərəfindən sürücü, Lənkəran rayon sakini Zamin Şiriyevin narkotik vasitə qəbul etməsi müəyyənləşdirildiyindən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi protokol tərtib olunub və avtomobil müvəqqəti duracağa yerləşdirilib.
Masallı rayon məhkəməsinin qərarı ilə Z.Şiriyev səkkiz gün müddətinə inzibati həbs edilib.

 

 

 

Hadisə 2022-11-03 12:49:00