×
A
A
A
Sazlamalar

Binəqədi rayonunda avtomobil yolu keçən Beyləqan sakinini vurub

Bakı, 3 noyabr, AZƏRTAC

Noyabrın 2-də saat 18 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində Ağsu rayon sakini İ.Mustafayev idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən Beyləqan rayon sakini Firəngül Məmmədovanı vurub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəza nəticəsində piyada hadisə yerində ölüb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

 

 

 

Hadisə 2022-11-03 11:15:00