Azyaşlıları küçə ticarətinə cəlb edən şəxs həbs edilib
Bakı, 2 noyabr, AZƏRTAC
Azyaşlıları küçə ticarətinə cəlb edən şəxs polis tərəfindən müəyyən olunaraq inzibati məsuliyyətə cəlb edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, paytaxtın mərkəzi küçələrində azyaşlılar vasitəsilə gül, salfet, ətir və digər əşyalarının satışını təşkil edən 1984-cü il təvəllüdlü İbrahim Mustafayev barəsində məhkəmə qərarı ilə 30 sutka inzibati həbs tənbeh tədbiri tətbiq olunub.
Saray qəsəbəsindəki yol qəzasında Oqtay Əliyev ölüb, Dilarə Əliyeva və Mehriban Zəki xəsarət alıb
BƏƏ-dən gələn Azərbaycan vətəndaşından 93 ədəd “İphone” aşkarlandı
Yasamalda avtomobilin nömrəsini oğurlayaraq pul tələb edən şəxs saxlanılıb