×
A
A
A
Sazlamalar

Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Bakı, 2 noyabr, AZƏRTAC

Paytaxtın Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, binanın 11-ci mərtəbəsində ümumi sahəsi 131 kvadratmetr olan mənzilin mətbəxində mebel 5 kvadratmetr, lambirdən ibarət tavan 18 kvadratmetr sahədə və 1 ədəd paltaryuyan maşın yanıb. Yüksək temperaturdan bir soyuducu, bir kondisioner, stol və stullar qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə 2022-11-02 19:10:00