×
A
A
A
Sazlamalar

AERA və Beynəlxalq Maliyyə Korporasiyası enerji sahəsinə investisiyaların cəlb olunması məsələsini müzakirə edib

Bakı, 2 noyabr, AZƏRTAC

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) İdarə Heyətinin sədri Samir Axundov Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycan üzrə rəhbəri Aliyə Əzimovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AERA-dan AZƏRTAC-a bildirilib ki, İdarə Heyətinin sədri Samir Axundov IFC ilə enerji sahəsində həyata keçirilən əməkdaşlıq əlaqələrinin, xüsusilə bərpaolunan enerji sahəsində icra olunan layihələrin önəmini qeyd edərək Azərbaycanın enerji sektorunda əlverişli investisiya mühitinin mövcudluğu barədə görüş iştirakçılarına məlumat verib.
Nümayəndə heyətinin üzvü, IFC-nin Dövlət-özəl sektor tərəfdaşlığı üzrə eksperti Filip Drapak isə beynəlxalq maliyyə institutunun enerji sahəsinə özəl sektor investisiyalarının cəlb edilməsi, eləcə də qlobal miqyasda həyata keçirilən dövlət-özəl sektor tərəfdaşlıq layihələrinin tərtib olunması və həyata keçirilməsi təcrübəsindən danışıb.
Görüş sözügedən istiqamətdə fikir mübadiləsi şəraitində davam edib.

Energetika 2022-11-02 17:21:00