×
A
A
A
Sazlamalar

“Azərbaycan Respublikasının Hökuməti, “Masdar Azərbaycan Enerji” Məhdud Məsuliyyətli Cəmiyyəti və “AccessBank” Qapalı Səhmdar Cəmiyyəti arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 aprel tarixli 2561 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Hökuməti adından Azərbaycan Respublikasının energetika naziri tərəfindən 2022-ci il iyulun 30-da imzalanmış “Azərbaycan Respublikasının Hökuməti, “Masdar Azərbaycan Enerji” Məhdud Məsuliyyətli Cəmiyyəti və “AccessBank” Qapalı Səhmdar Cəmiyyəti arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma” təsdiq edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 



İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 noyabr 2022-ci il

Sərəncamlar 2022-11-02 15:19:00