Yasamal rayonunda avtomobildən oğurluq edən şəxs saxlanılıb
Bakı, 2 noyabr, AZƏRTAC
Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Abbasov küçəsində “Opel” markalı avtomobildən 50 manat məbləğində pul, mobil telefon, iki ədəd eynək və çanta oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elxan Rzayev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıblar
DİN: Son 20 gündə 250 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO
Paytaxt sakininə qarşı quldurluq edilib