Nizami rayonunda avtomobildən və şadlıq sarayından oğurluq edən şəxs saxlanılıb
Bakı, 2 noyabr, AZƏRTAC
Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində “Toyota” markalı bir avtomobildən 1700 manat dəyərində monitor və cərəyan bloku, şadlıq saraylarının birində isə Bakı şəhər sakini H.Məmmədovun mobil telefonunu oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Orxan Vəliyev müəyyən olunaraq saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəxsi axtarış zamanı ondan heroin aşkarlanaraq götürülüb.
Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.
Saray qəsəbəsində ağır yol nəqliyyat hadisəsi zamanı üç nəfər ölüb
Qaradağda qətlə yetirilən kişinin ölüm səbəbi açıqlanıb
Pulemyot satmaq istəyən şəxs həbs olunub
Ələtdə qətl törədən şəxs tutulub
Ələtdə evdə üzərində zorakılıq əlamətləri olan meyit aşkarlanıb - YENİLƏNİB