×
A
A
A
Sazlamalar

Kristian Ştrayx: “Qarabağ” klubu hücum futbolu oynamağa çalışır

Bakı, 2 noyabr, AZƏRTAC

“Qarabağ” klubu ilə qarşılaşmada kimlərin oynayacağını demək istəmirəm. Qapıçı mövqeyində də dəyişiklik ola bilər.
AZƏRTAC xəbər verir ki, bunu UEFA Avropa Liqasının qrup mərhələsinin altıncı turu çərçivəsində Bakıda Ağdamın “Qarabağ” klubunun qonağı olacaq Almaniyanın "Frayburq" komandasının baş məşqçisi Kristian Ştrayx oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis bildirib ki, hər bir oyunçuya bu görüşdə şans verə bilərəm. “Qarabağ” əla komandadır. Rəqib həmişə yaradıcı həllər tapmağa və hücum futbolu oynamağa çalışır. Baş məşqçiləri 2008-ci ildən komandadadır. Bu, son dərəcədə əlamətdar hadisədir.
Qeyd edək ki, noyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matç saat 21:45-də başlayacaq.

İdman 2022-11-02 12:45:00