×
A
A
A
Sazlamalar

Sabahdan “Baksol” yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bakı, 2 noyabr, AZƏRTAC

Noyabrın 3-də saat 22:00-dək paytaxtın Binəqədi rayonu ərazisindəki “Baksol” yolunda aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Nəqliyyat 2022-11-02 10:50:00