Yeni nəsil mobil rabitə şəbəkələrinin tətbiqi ilə bağlı seminar keçirilir
Bakı, 1 noyabr, AZƏRTAC
Noyabrın 1-də Bakıda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) və Beynəlxalq Telekommunikasiya İttifaqının birgə təşkilatçılığı ilə “Yeni nəsil (İMT2020/5G) mobil rabitə şəbəkələrinin tətbiqi” adlı seminar işə başlayıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, seminarda İKT sahəsində texnoloji trendlər, o cümlədən 5G texnologiyası və onun imkanları, tətbiq strategiyaları və biznes modelləri, tezlik spektrinin ayrılması, infrastrukturdan birgə istifadə, mövcud şəbəkələrin rasionallaşdırılması və digər aidiyyəti məsələlər müzakirə olunur. Həmçinin müxtəlif ölkələrin 5G texnologiyasına keçidi üzrə mövcud təcrübənin müzakirəsi aparılır.
Tədbirdə Beynəlxalq Telekommunikasiya İttifaqının, GSMA və bu sahədə fəaliyyət göstərən digər beynəlxalq təşkilatların mütəxəssisləri tərəfindən məruzələr edilir.
Seminara RİNN və tabeli qurumları ilə yanaşı, müxtəlif dövlət qurumlarının və rabitə operatorlarının mütəxəssisləri qatılıblar.
Seminar noyabrın 3-nə qədər davam edəcək.
2130 IMEI koda “klon” statusu verilib
Azərbaycanda yüksək ixtisaslı kadrlar yetişdirən Kibertəhlükəsizlik Mərkəzi yaradılıb
® "Bakcell"dən iPhone istifadəçilərinə xəbər!
Azərbaycan nümayəndə heyəti Ümumdünya Radiorabitə Konfransında iştirak edir
® “Azercell” “Onlayn Autizm Portalının İnkişaf Etdirilməsi” layihəsinə dəstək verir