×
A
A
A
Sazlamalar

Beynəlxalq dərəcəli həndbol hakimlərimiz növbəti təyinat alıblar

Bakı, 1 noyabr, AZƏRTAC

Beynəlxalq dərəcəli həndbol hakimləri Ernest və Emil Ağakişi qardaşları daha bir təyinat alıblar.
Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onlar kişi həndbolçuların EHF Avropa kuboku turnirində Türkiyənin “Beşiktaş Yurtbay Seramik” və Litvanın “HC Qranitas –Karis Kaunas” komandalarının görüşlərini idarə edəcəklər. Yarışın ikinci mərhələsinin qarşılaşmaları İstanbulda təşkil olunacaq. Rəqiblər noyabrın 5-də və 6-da “Süleyman Seba” idman arenasında üz-üzə gələcəklər.
Beynəlxalq dərəcəli hakim inspektor İskəndər Əsgərov da yeni təyinat alıb. O, Bolqarıstanın “HC Lokomotiv G.Oryahovitsa” və Niderlandın “Kembit – Lions” komandalarının EHF Avropa kuboku turnirinin ikinci mərhələ oyununda Avropa Həndbol Federasiyasının nümayəndəsi olacaq.

İdman 2022-11-01 16:37:00