×
A
A
A
Sazlamalar

Daha bir cüdo hakimimiz A kateqoriyasına yüksəlib

Bakı, 1 noyabr, AZƏRTAC

Cüdo üzrə hakimlər komitəsinin üzvü Arzu Acalova A kateqoriyasına yüksəlib.
Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a bildiriblər ki, referi Arzu Acalova buna Avstraliyanın Pert şəhərində Beynəlxalq Cüdo Federasiyasının imtahanında nail olub. A.Acalova oktyabrın 27-dən 29-dək böyüklər arasında keçirilən Açıq Okeaniya turnirinin görüşlərini idarə edib. Beləliklə, həmyerlimiz həm nəzəri, həm də praktiki imtahanı yaxşı nəticə ilə başa vurub.
Qeyd edək ki, cari ildə ACF-in hakimlər üzrə meneceri Mətin Rəhimli və hakimlər heyətinin üzvü Nazim Umbayev A kateqoriyasına yüksəliblər, Bəhriyyə Hüseynova və Elşad Əsədov isə B kateqoriyalı hakim statusu qazanıblar.

 

 

İdman 2022-11-01 15:25:00