Azərbaycan Ordusunda gender bərabərliyi ilə bağlı seminarlar keçirilib
Bakı, 1 noyabr, AZƏRTAC
Azərbaycan Ordusunda hərbi qulluqçuların maarifləndirilməsi, mənəvi-psixoloji hazırlığının yüksəldilməsi və milli-mənəvi dəyərlərimizin təbliği məqsədilə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin nümayəndələri 2022-ci il ərzində hərbi hissələrdə gender bərabərliyi mövzusunda müxtəlif seminarlar keçirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, seminarlarda qeyd olunub ki, gender bərabərliyi, eləcə də şəxsi heyətin insan hüquqları və azadlıqlarının təminatı sahəsində görülən işlər Azərbaycan Respublikasının Konstitusiyası əsas götürülərək demokratik dövlətlərin təcrübələri öyrənilməklə daha da təkmilləşdirilir. Ordumuzda gender bərabərliyinin təmin olunması istiqamətində mühüm addımlar atılır, hərbi qulluqçular və mülki əməkdaşlar arasında geniş maarifləndirmə işləri aparılır.
Seminar iştirakçılarına inkişaf etmiş ölkələrin ordularında insan hüquqları və gender bərabərliyi sahəsində həyata keçirilən fəaliyyətlər barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Vətən müharibəsi şəhidi Elvin Şükürlünün xatirəsi anılıb VİDEO
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
Hərbi yol polisinin şəxsi heyəti ilə təlim-metodiki toplantı keçirilib
NATO Müdafiə Kollecinin kursunu bitirən azərbaycanlı ilk qadın hərbi qulluqçumuz VİDEO
Mühəndis bölmələri ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilir VİDEO