Şahmatçımız Rauf Məmmədov rapid turnirinin qalibi olub
Bakı, 1 noyabr, AZƏRTAC
Azərbaycan Şahmat Federasiyasının Gənclər və yeniyetmələr komissiyasının təşkilatçılığı ilə milli komandanın üzvləri, müxtəlif yaş qrupları üzrə ölkə çempionatının mükafatçıları və reytinqi 2200-dən yuxarı olan şahmatçılar arasında növbəti rapid turniri keçirilib.
AZƏRTAC federasiyaya istinadla xəbər verir ki, 41 şahmatçının iştirak etdiyi yarış 7 turdan ibarət olub.
Turnirin qalibi adına 6 xal toplayan milli komandanın üzvü Rauf Məmmədov sahib olub. Eyni xala malik Xəzər Babazadə əlavə göstəricilərə görə ikinci yerlə kifayətlənib. Yeddi turdan sonra aktivində 5,5 xalı olan Read Səmədov üçüncü yeri tutub.
Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib
Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib
Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub
Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub