Dövlət İmtahan Mərkəzi energetiklər üçün təlim keçirib
Bakı, 1 noyabr, AZƏRTAC
Energetika Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi arasında mövcud əməkdaşlıq çərçivəsində “Münaqişələrin idarə edilməsi” mövzusunda təlim keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, təlimdə Dövlət İmtahan Mərkəzinin Psixoloji iş və maarifləndirmə sektorunun müdiri Xavər Dadaşova çıxış edərək münaqişələrin növləri və yaranma səbəbləri, onların idarə edilməsi üçün mövcud metodlar barədə məlumat verib, münaqişələrin qarşısının alınması və nizamlanması üçün effektiv vasitələrdən bəhs edib.
Daha sonra təlim iştirakçıları arasında münaqişəli vəziyyətlərin qiymətləndirilməsi və konstruktiv həll yollarının müəyyənləşdirilməsi üzrə fərdi və qrup şəklində tapşırıqlar yerinə yetirilib.
Sonda münaqişəli vəziyyətlərdə davranış strategiyaları və həll yolları müzakirə olunub və iştirakçıların sualları cavablandırılıb.
Təlimdə Energetika Nazirliyinin və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin 30 nəfər əməkdaşı iştirak edib.
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir