Bakı İstintaq Təcridxanasına narkotik vasitə keçirilməsi cəhdinin qarşısı alınıb
Bakı, 1 noyabr, AZƏRTAC
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik vasitə keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Rauf Əliabbas oğlu İbrahimovla görüşə gəlmiş qardaşı Bakı şəhər sakini Rafiq Əliabbas oğlu İbrahimovun üzərinə və əşyalarına baxış keçirilən zaman əynindəki şalvarın yan cibində gizlədilmiş sellofan bükülüdə ümumi çəkisi 1,178 qram narkotik maddə - tiryək aşkarlanıb.
Sonra Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Əməliyyat-rejim idarəsinin, Bakı İstintaq Təcridxanasının əməliyyat aparatının və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində vətəndaş R.Ə.İbrahimovun yaşadığı paytaxtın Yasamal rayon ərazisindəki evində axtarış aparılan zaman orada gizlədilmiş 33 narkotik tərkibli dərman preparatı və ümumi çəkisi 37 qram olan müxtəlif növlü narkotik vasitələr aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Saray qəsəbəsindəki yol qəzasında Oqtay Əliyev ölüb, Dilarə Əliyeva və Mehriban Zəki xəsarət alıb
BƏƏ-dən gələn Azərbaycan vətəndaşından 93 ədəd “İphone” aşkarlandı
Yasamalda avtomobilin nömrəsini oğurlayaraq pul tələb edən şəxs saxlanılıb