×
A
A
A
Sazlamalar

Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzairə səfərə gəlib VİDEO

Əlcəzair, 1 noyabr, AZƏRTAC
Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ərəb Dövlətləri Liqasının 31-ci Sammitinə ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidentinin dəvəti ilə Zirvə toplantısında Fəxri qonaq statusunda iştirak etmək üçün bu ölkəyə səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, Əlcəzair şəhərinin Huari Bumedyen Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidentini rəsmi şəxslər qarşıladılar.

Rəsmi xronika 2022-11-01 09:01:00

Video