Sumqayıt şəhərində sexdə yanğın baş verib
Bakı, 1 noyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Sumqayıt şəhərində sexdə yanğın olması barədə ilkin məlumat daxil olub.
FHN-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.
Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd olub VİDEO
Saray qəsəbəsində ağır yol nəqliyyat hadisəsi zamanı üç nəfər ölüb