Azərbaycanın Müdafiə Nazirliyi: Ermənistanın baş qərargahı əməliyyat şəraitindən xəbərsizdir
Bakı, 31 oktyabr, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinin bölmələri ilə guya İstisu yaşayış məntəqəsi istiqamətində mövqe atışmaları nəticəsində Azərbaycan Ordusunun bölmələrinin itki verərək geri çəkilməsi və mövqe dəyişikliyi barədə Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinə istinadən yayılan məlumat yalandır.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib.
“Oktyabrın 24-dən bu günədək əməliyyat şəraitində heç bir dəyişiklik olmadığı halda qarşı tərəfin silahlı qüvvələrinin baş qərargah rəisinin belə bir açıqlama verməsi onun əməliyyat şəraitindən xəbərsiz olduğunu nümayiş etdirir. Bildiririk ki, əməliyyat şəraitində heç bir dəyişiklik olmayıb və bölmələrimiz əvvəlki mövqelərində döyüş növbətçiliyini davam etdirir”, - deyə məlumatda qeyd olunur.
Vətən müharibəsi şəhidi Elvin Şükürlünün xatirəsi anılıb VİDEO
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
Hərbi yol polisinin şəxsi heyəti ilə təlim-metodiki toplantı keçirilib
NATO Müdafiə Kollecinin kursunu bitirən azərbaycanlı ilk qadın hərbi qulluqçumuz VİDEO
Mühəndis bölmələri ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilir VİDEO