Gömrükçülər narkotik vasitə - heroin aşkarlayıblar
Bakı, 31 oktyabr, AZƏRTAC
Gömrükçülər narkotik vasitə - heroin aşkarlayıblar.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postunda İran istiqamətindən gələn Azərbaycan vətəndaşının idarə etdiyi “Daewoo” markalı sərnişin avtobusu gömrük nəzarətindən keçən zaman saxlanılıb. Yoxlama zamanı xidməti it nəqliyyat vasitəsinin salonundakı karton qutuda olan qəhvəyi rəngli güldana reaksiya verib. Daha sonra həmin əşya rentgen qurğusundan keçirilib və şübhəli cizgilər müşahidə edilib. Ətraflı yoxlama nəticəsində güldanın alt hissəsində əvvəlcədən hazırlanmış gizli saxlanc yerindən malların aşkar olunmasını çətinləşdirən üsullardan istifadə etməklə şəffaf sellofanda qablaşdırılan, ümumi çəkisi 1 kiloqram 750 qram açıq qəhvəyi rəngli, narkotik vasitə - heroin aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Bakıda müəssisədən 8 min manatlıq oğurluq olub
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Goranboyda mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bakıda 15 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Daşkəsəndə narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb