×
A
A
A
Sazlamalar

Bərdədə münaqişə zəminində həmkəndlilərinə tüfəngdən atəş açan keçmiş məhkum saxlanılıb

Bakı, 31 oktyabr, AZƏRTAC

Oktyabrın 31-də saat 13 radələrində Bərdə rayonunun Bala Qəcər kəndi ərazisində kənd sakini əvvəllər məhkum olunmuş Rəcəb Məmmədov münaqişə zəminində həmkəndlisi Eldar Məmmədova ov tüfəngindən atəş açıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, E.Məmmədov və onları aralamaq istəyən kənd sakini Sərxan Əsədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində R.Məmmədov Qaradəmirçi kəndi ərazisində tutulub.
Ondan qanunsuz saxladığı bir ədəd ov tüfəngi götürülüb.

 

Hadisə 2022-10-31 17:47:00