×
A
A
A
Sazlamalar

Üç rübdə Azərkosmos 19,3 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib

Bakı, 31 oktyabr, AZƏRTAC

Cari ilin yanvar-sentyabr aylarında Azərkosmos tərəfindən dünyanın 38 ölkəsinə 19,3 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac olunub.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın oktyabr sayına istinadla bildirir ki, Azərkosmosun xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 82 faizidir.
Sentyabrda isə Azərkosmos dünyanın 35 ölkəsinə 2,1 milyon dollar dəyərində xidmət ixrac edib.
Doqquz ay ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 5 milyon dollar ilə Birləşmiş Krallıq, 3,9 milyon dollar ilə Fransa, 3,3 milyon dollar ilə Lüksemburq, 1,8 milyon dollar ilə BƏƏ və 1,1 milyon dollar ilə Pakistan qərarlaşıb.

İKT 2022-10-31 17:10:00